Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyası 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş onlayn kompozisiya təqdim edib

Gömrük Akademiyası 15 iyun Milli Qurtuluş gününə həsr olunmuş onlayn kompozisiya təqdim edib

Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri tərəfindən 15 iyun Azərbaycan xalqının Milli Qurtuluş gününə həsr olunmuş onlayn video kompozisiya hazırlanıb. Onlayn kompozisiyada 15 iyun 1993-cü ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəlməsi ilə ölkəmizi parçalanmaqdan qoruması, müasir müstəqil Azərbaycanın memarı, Ulu öndər, böyük dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolu və onun tarixdəki silinməz yeri bir daha vurğulanıb.

Kompozisiyada tələbələrin ifasında mahnı və şeirlər səsləndirilib, Akademiyanın rəqs qrupu və xor qrupunun ifaları təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi


Videolar: